Yan 25, 2017 13:06 Asia/Baku
  • Trampın qərarına qarşı bütün Amerikada aksiya keçirilib
    Trampın qərarına qarşı bütün Amerikada aksiya keçirilib

Amerika xalqının böyük bir hissəsi bu ölkənin yeni prezidentinin Kiston və Dakota neft boru kəmərlərinin çəkilişinin davam etdirilməsinə dair qərarına etirazda Ağ Ev qarşısında və Amerikanın digər şəhərlərində aksiya keçirib.

Amerika xalqının böyük bir hissəsi yerli vaxtla dünən axşam Ağ Evin qarşısına toplaşıbdır ki, bu ölkənin yeni prezidenti Donald Trampın Kiston və Dakota neft boru kəmərlərinin çəkilişinin davam etdirilməsinə dair qərarına etirazını bildirsin. 

Ağ Ev Dakota neft boru kəməri haqda bildirib: Donald Tramp əlaqədar federal təşkilatlara göstəriş veribdir ki, Dakota neft boru kəmərinin yerdə qalan hissələri ilə bağlı işləri sürətləndirsinlər.

Ağ Evin bu bəyanatının ardınca bir neçə qrup Ağ Evin qapısı önündə etiraz aksiyası keçirib.

Aksiyaçıların bəyanatı bu olubdur: Biz Ağ Ev qarşısında aksiya keçiririk ki, bir məsələni aydınlaşdıraq və o, bundan ibarətdir ki, bizim hərəkatımız bu layihələri bundan öncə bir dəfə dayandırıb və xalqın qüdrəti bir daha ona mane olacaq.

Teqlər