Yan 26, 2017 11:22 Asia/Baku
  • Almaniya və İngiltərə də İsrailin qəsəbəsalma əməliyyatlarını pisləyiblər
    Almaniya və İngiltərə də İsrailin qəsəbəsalma əməliyyatlarını pisləyiblər

Almaniya və İngiltərə sionist rejimin işğal olunmuş Fələstin ərazilərində 2 min 500 mənzilli yeni qəsəbəsalma qərarını tənqid edərək bildiriblər ki, İsrailin bu qərarı qeyri-qanunidir.

PressTv-nin verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi və Ərəb Liqası çərşənbə axşamı ayrı-ayrılıqda yaydıqları bəyanatlarda İsrailin İordan çayının qərb sahilində 2500 mənzilli yeni qəsəbə inşası layihəsini pisləyiblər. 

Sionist rejimin müharibə nazirinin sözçüsü çərşənbə axşamı günü, ABŞ prezidenti Donald Trampın and içmə mərasimindən 4 gün sonra bildirdi ki, İsrailin müharibə naziri Aviqdor Liberman və baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilində 2500 mənzilli yeni şəhərcik inşası layihəsini qəbul ediblər. 

Bu son günlər ərzində sionist rejimin qəsəbəsalma barədə ikinci qərarıdır. 

Bazar günü də işğal olunmuş Qüdsun meriası Beytül-Müqəddəsdə 566 mənzilli qəsəbənin inşasına dair göstəriş vermişdi, bu da beynəlxalq ictimaiyyət və Fələstin rəhbərlərinin etirazlarına səbəb olmuşdu. 

Donald Trampın Ağ evə daxil olmasından sorna sionist rejimin həyasızlığı artıb və hər gün Fələstin torpaqlarında yeni qəsəbələrin inşası barədə layihələr qəbul edir, halbuki BMT-nin Təhlükəsizlik Şurasının son qətnaməsi qəsəbəsalma əməliyyatlarının dayandırılmasını tələb edir. 

Teqlər