Tramp Əfqanıstanda hərbi fəaliyyətlərin davam edəcəyini bildirib
-
Tramp Əfqanıstanda hərbi fəaliyyətlərin davam edəcəyini bildirib
ABŞ prezidenti Amerikanın başçılıq etdiyi xarici hərbi qüvvələrin Əfqanıstanda öz fəaliyyətlərini davam etdirəcəklərini bildirib.
İranın puştun radiosunun verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Əfqanıstan prezidenti Əşrəf Qəni ilə telefon söhbətində Əfqanıstandakı amerikan hərbçilərin sayının artırılacağını deyib.
Hal-hazırda Əfqanıstanda 10 min əcnəbi hərbçi Amerikanın komandanlığı altında fəaliyyət göstərir.
2001-ci ildə taliblər və Əl-Qaidəni məhv etmək və Əfqanıstanda təhlükəsizliyi təmin etmək bəhanəsi ilə bu ölkəyə qoşun yeridən Amerika NATO ilə birlikdə 2014-cü ilədək Əfqanıstanda 130 mindən çox hərbçi yerləşdirdi.
ABŞ-ın Əfqanıstanda təhlükəsizliyi bərqərar edə bilməməsi və bu ölkənin eləcə də NATO-nun qüvvələrinin Əfqanıstan bataqlığında ilişməsi Vaşinqtonun öz hərbçilərinin sayını artırmaq üçün bu ölkədə stabilliyi pozmasına səbəb oldu.