Səlahəddin Özgündüzdən ikinci mesaj: Qarşıdurma istəmirik
https://azeri.sahartv.ir/news/dünya-i257957-səlahəddin_Özgündüzdən_ikinci_mesaj_qarşıdurma_istəmirik
Türkiyə Cəfərilərinin (şiə) liderlərindən və nüfuzlu din xadimlərindən olan Səlahəddin Özgündüz Kanal12 və On4TV-nin bağlanmasına etiraz olaraq ikinci mesajı verib: Qarşıdurma istəmirik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2017 09:52 Asia/Baku
  • Səlahəddin Özgündüz
    Səlahəddin Özgündüz

Türkiyə Cəfərilərinin (şiə) liderlərindən və nüfuzlu din xadimlərindən olan Səlahəddin Özgündüz Kanal12 və On4TV-nin bağlanmasına etiraz olaraq ikinci mesajı verib: Qarşıdurma istəmirik.

İslamazeri.az-ın verdiyi xəbərə görə,  Şeyx Səlahəddin Özgündüzün açıqlamasında deyilir: "Camiəmizə xitab edən Kanal12 və On4-ün qapadılması camiəmizdə təbii olaraq üzüntünün yanında narahatçılıq və şübhələrə səbəb olmuşdur.

Məncə dövlət və millətə heç bir faydası olmayan bu işi, vəhhabiliyi tohid yolu sanan kəslər hazırlayıblar.

İndi bu xətadan dönüb bu kanalların təkrar yayına başlamasını istəyirik və kimsə ilə bu ölkədə qarşıdurmaya getmək istəmirik.