Türkiyədə şiə televiziyaların yayımına qadağaya reaksiyalar
Türkiyə şiələrinə yaxın televiziya kanallarının qəfildən və təəccüblü şəkildə bağlanması Türkiyədə şiələr arasında müxtəlif kütlələrin etirazı və reaksiyasına səbəb olub.
Rəsmi Ankara tərəfindən fəaliyyətləri dayandırılan Kanal 12 və ON4 TV televiziyalarının əsasə fəaliyyətləri dini proqramlar və qanuni xəbərlərin çatdırılması çərçivəsində olub. Bu kanallar Gülən tərəfdarlarının Ankaraya qarşı çevrilişinə reaksiya veriblər. Amma hazırda bu ölkə hakimiyyətinin qayğısızlığı ilə üzləşiblər.
Bu barədə CHP-nin yüksək səviyyəli rəsmilərindən biri Əli Özgündüz bu hadisəni pisləyərək şiə televiziyaların bağlanmasını yeni konstitusiya referendumu keçirilməzdən öncə hökumətin repressiv hərəkətləri istiqamətində qiymətləndirib.
İğdır Əhli-Beyt (ə) Alimlər Cəmiyyətinin direktoru Bəhlul Salmanəli də bir bəyanatda bildirib: Bu iki televiziyanın, proqramlarının Türkiyə vətəndaşlarının birliyinin qorunması çərçivəsində olduğu bir halda, hökumət tərəfindən qəribə şəkildə fəaliyyətləri dayandırıldı. Halbuki təkfirçi terrorçulara aid onlarla televiziya kanalı səhərdən gecəyə qədər sərbəst şəkildə Türkiyə vətəndaşları arasında nifrət yaymaqla məşğuldurlar.
Həmçinin CHP-li deputat Barış Yarkadaş da hökumətin bu qərarının Türkiyə Ali Radio və Televiziya Şurasının məlumatı olmadan həyata keçirildiyini bəyan edərək deyib: Türkiyəyə hakim fərdi mehvərli rejim artıq öz qanuni qurumlarına da ehtiyac duymur və onları sifarişli hesab edir.