Yan 27, 2017 20:13 Asia/Baku
  • Yəhudi ravvinlər BMT qarşısında anti-sionizm aksiyası keçirdi
    Yəhudi ravvinlər BMT qarşısında anti-sionizm aksiyası keçirdi

Bir qrup yəhudi ravvin Nyu-Yorkda BMT binası önündə anti-sionizm aksiyası keçirib.

Əl-Məyadin televiziyasının məlumatına görə, bir qrup yəhudi ravvin BMT binası önünə toplaşaraq sivillərin icbari hərbi xidmətə çağrılmasına dair İsrailin qərarını pisləyib.

Etirazçılar bildiriblər ki, sionistlərin nasistlərin "gestapo"su ilə fərqi yoxdur. Anti-sionizm ravvinlərindən Naturi Karta Cəmiyyətinin üzvü David Veldman əl-Məyadinə müsahibədə deyib: Minlərlə yəhudi qız və oğlan İsrailin təcavüzkar ordusunda xidmət etmək istəmədiyinə görə, həbs olunur və işgəncəyə məruz qalır. Qüds, London, Kanada və Amerikadan buraya gəlmişik ki, sionistlərin pis əməllərini dünyaya əks etdirək. Onlar beynəlxalq qanunları pozaraq Fələstini işğal ediblər. Onlar Allaha inanan və onların işğalçılığını rəsmən tanımayan yəhudilərə öz tələblərini qəbul etdirməyə çalışırlar. İsrail gəncləri həbs edir və onları zorla orduya xidmətə aparır. Qüdsdə minlərlə nəfər aksiya keçirir. Çünki gecələr onların evlərinə hücum olunur və döyülürlər. Çünki bu qeyri-qanuni hökumətin ordusunda xidmət etmək istəmirlər.

Teqlər