Rusiya Cenevrədə Suriya Sülh müzakirələrinin təxirə salındığını bildirib
https://azeri.sahartv.ir/news/dünya-i257983-rusiya_cenevrədə_suriya_sülh_müzakirələrinin_təxirə_salındığını_bildirib
Rusiya xarici işlər naziri cümə günü suriyalı müxalif qruplarla görüşdə bildirib: 8 fevral müzakirələri gələn aya qədər təxirə salınıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 27, 2017 16:44 Asia/Baku
  • Rusiya Cenevrədə Suriya Sülh müzakirələrinin təxirə salındığını bildirib
    Rusiya Cenevrədə Suriya Sülh müzakirələrinin təxirə salındığını bildirib

Rusiya xarici işlər naziri cümə günü suriyalı müxalif qruplarla görüşdə bildirib: 8 fevral müzakirələri gələn aya qədər təxirə salınıb.

Lavrov həmçinin Rusiyada bəzi suriyalı müxalif qruplarla son iclasında Suriya böhranı ilə əlaqədar istənilən hərbi həll yolunun qeyri-mümkün olduğunu bildirərək deyib: Astana müzakirələri Suriya ilə əlaqədar Cenevrə müzakirələri, eləcə də fevral ayının sonlarında Cenevrə iclaslarına şərait yaratmaq üçün BMT-yə kömək edib.

O xatırladıb: Astana iclasında atəşkəs və ona nəzarət üçün üçlü mexanizmi təsbit olundu.

Rusiya xarici işlər naziri bildirib: Rusiya Suriya müzakirələrinin müəyyən məsələlərə, o cümlədən konstitusiyanın tənzimlənməsi üzrə səylərə yönəlməli olduğuna inanır.

Lavrov Suriyadakı hərbi fəaliyyətlərin dayandırılmasına toxunub: Müzakirələrdə iştirak etməmək üçün heç bir bəhanə yoxdur.