Yan 27, 2017 20:14 Asia/Baku
  • Olland: Tramp Avropaya problemlər yaradır
    Olland: Tramp Avropaya problemlər yaradır

Fransa prezidenti ABŞ-ın yeni prezidenti Donald Trampın Avropa üçün bir problem hesab olunduğunu deyir.

Almaniya paytaxtı Berlinə səfər etmiş Fransua Olland deyib: Gəlin daha açıq şəkildə danışaq. Amerika hökuməti bizim ticarət qanunları, həmçinin dünyadakı münaqişələrin həlli üzrə bizim potensialımıza bir sıra problemlər yaradır.

Olland Berlində Almaniya kansleri Angella Merkellə görüşdən sonra keçirilən birgə mətbuat konfransında iştirak edib: Avropada populistlərin güclənməsi Avropa Birliyi üçün əsas təhdid hesab olunur. 

Bu mətbuat konfransında Merkel deyib: Avropa böyük daxili və xarici problemlərlə qarşı-qarşıyadır. Biz yalnız bir-birimizlə əməkdaşlıqla onları aradan qaldıra bilərik.

Almaniya və Fransa liderləri bu mətbuat konfransında jurnalistlərin suallarını cavablandırmaqdan imtina ediblər.

Teqlər