Avropalıların dördə üçünün Tramp haqda müsbət rəyi yoxdur
Odoxa müəssisəsinin rəy sorğusunun nəticələrinə əsasən, Avropa vətəndaşlarının dördə üçünün Amerikanın yeni prezidenti Donald Tramp haqda müsbət rəyi yoxdur.
Sin-Xua İnformasiya Agentliyinin məlumatına görə, Parisdə yayımlanan Odoxa müəssisəsinin rəy sorğusuna əsasən, avropalıların əksəriyyəti və Fransa vətəndaşlarının çoxu Donald Trampı aldadan, sərt və təhlükəli şəxs hesab edir.
Avropalıların 55%-i və fransızların 60%-i bu qənaətdədir ki, Tramp Amerika prezidentliyi üçün lazımi səlahiyyət və sədaqətli şəxs deyildir.
Avropalıların 72%-i və fransızların 81%-i bu qənaətdədir ki, Donald Tramp vətəndaşlara yaxın deyil və onların 80%-i Trampı sevilən şəxs hesab etmir.
Bu rəy sorğusuna əsasən, avropalıların 82%-i və fransızların 85%-i Donald Trampı sərt, avropalıların 75%-i və fransızların 82%-i onu irqçi adlandırır.
Həmçinin bu rəy soğrusunda əksər avropalılar və fransızlar Trampı təhlükəli şəxs adlandırıb, 60% isə bidliribdir ki, Tramp vədləri və seçki şüarlarına baxmayaraq, amerikalıların röyası olan bir vətənpərvər deyildir.
Donald Tramp cümə günü Amerikanın 45-ci prezidenti kimi and içdi.