BMT: Yəmən aclıq və qıtlıqla üz-üzədir
https://azeri.sahartv.ir/news/dünya-i258045-bmt_yəmən_aclıq_və_qıtlıqla_üz_üzədir
BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmail Vələd Əlşeyx Əhməd bildirib ki, Yəmən aclıq və qıtlıqla üz-üzədir. O, deyib: Yəməndə ərzaq çatışmazlığı 18 milyondan çox yəmənlinin ac qalmasına bais olub.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 28, 2017 06:48 Asia/Baku
  • BMT: Yəmən aclıq və qıtlıqla üz-üzədir

BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmail Vələd Əlşeyx Əhməd bildirib ki, Yəmən aclıq və qıtlıqla üz-üzədir. O, deyib: Yəməndə ərzaq çatışmazlığı 18 milyondan çox yəmənlinin ac qalmasına bais olub.

IRNA-nın məlumatına görə, İsmail Vələd Əlşeyx Əhməd dünən BMT Təhlükəsizlik Şurasının iclasında əlavə edib: Ərəbistanın hava hücumları və hərbi döyüşlər Yəmən xalqından 18 milyon 200 min nəfərin təcili qida maddələrinə ehtiyac duymasına səbəb olub.

Ərəbistanın ABŞ və İngiltərənin Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadinin hakimiyyətə qaytarılması bəhanəsilə 2015-ci ilin martında başlanmış Yəmənə qarşı hücumlarında əksriyyətini uşaq və qadınlar təşkil edən on bir mindən çox sivil ölüb, milyonlarla nəfər də didərgin düşübüdür.

Bu təcavüz habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdirib və vəba daxil olmaqla çoxlu sayda xəstəliklərin yayılmasına səbəb olubdur.