İslami Parlamentlərarası Birlik Fələstin xalqını himayə etməyi vurğulayıb
İslam Əməkdaşlığı Təşkilatının İslami Parlamentlərarası Birliyinin konfransında iştirak edənlər sionist rejim qarşısında Fələstin xalqının himayəsi və müdafiəsi vacibliyini vurğulayıblar.
Qüds Net xəbər portalının məlumatına görə, İslami Parlamentlərarası Birliyin 12-ci konfransının iştirakçıları bu gün Malinin paytaxtı Bamakoda yekun bəyanatı yayaraq, fələstinli didərginlərin öz vətənlərinə geri dönmələri haqqı, işğal olunmuş Fələstin ərazilərinin azad edilməsi və Qüds paytaxt olmaqla müstəqil Fələstin ölkəsinin təşkili xüsusiyyət təşkil etməklə Fələstin xalqının qanuni haqqının reallaşması üçün regional və beynəlxalq dairələrin səy göstərmələrini istəyiblər.
Bu bəyanatın davamında Amerikanın bu ölkənin səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək səyinin qanunsuz olduğunu vurğulanaraq, deyilir: Bu hərəkət fələstinlilər və onların sabit hüquqları ilə aşkar düşmənçilikdir və bu kimi cəhdlər Fələstin torpaqlarının ayrılmaz bir hissəsi kimi Qüds şəhərinin hüquqi vəziyyətilə təzaddadır.
İslam Əməkdaşlığı Təşkilatının İslami Parlamentlərarası Birliyi konfransının iştirakçıları həmçinin Fələstin xalqına qarşı zalımcasına mühasirənin ləğvi, fələstinli əsirlərin azad edilməsi və Fələstin xalqına qarşı cinayətlərə görə, sionist rejim başçılarının mühakiməsini zəruri adlandırıblar.
İslam Əməkdaşlığı Təşkilatının İslami Parlamentlərarası Birliyi BMT Təhlükəsizlik Şurasının sionist rejimin qəsəbə salmalarının dayandırılmasına dair qətnaməsini dəstəkləyərək, BMT-yə üzv ölkələrdən istəyibdir ki, Qüds şəhəri və bu şəhərin qanuni və siyasi vəziyyətinə təsir göstərən razılaşmanın bağlanması barədə sionist rejimlə həmkarlıq və ahəngdarlıqdan çəkinsinlər.
İslam Əməkdaşlığı Təşkilatının İslami Parlamentlərarası Birliyinin 12-ci konfransı yanvarın 27-si və 28-də Malinin paytaxtı Bamakoda keçirilib.