Türkiyə Britaniyadan hərbi təyyarə alır
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Ankarada Britaniyanın baş naziri Terza Mey ilə görüşündə Türkiyənin Britaniyadan 100 milyon dollar dəyərində hərbi təyyarə alması barədə bir müqavilə imzalanıb.
PressTv-nin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan Britaniyanın Türkiyənin əsas hərbi ortaqlarından biri olaraq daima Türkiyənin yanında duracağına ümidvar olduğunu deyib.
Bu məlumata görə, Britaniyanın baş naziri Terza Mey də bu müqavilənin Ankara-London əlaqələrinin davamlılığına səbəb olacağı və Britaniyanın Türkiyənin müdafiə ehtiyaclarının əsas təmin edicisinə çevriləcəyinə ümid bəslədiyini dilə gətirib.
Britaniyanın baş naziri deyib: Bu Türkiyə ilə yeni dərin ticarət əlaqələrinin başlanğıcıdır və iki ölkədə on illər boyu əmək təhlükəsizliyinə öz töhfəsini verəcək.