Amerikaya müsəlmanların girişinə qadağa fərmanına reaksiyalar
Amerikaya miqrantlar və müsəlmanların girişinin qadağan edilməsi dünya səviyyəsində geniş etirazlara səbəb olub.
İRNA-nın verdiyi məlumata görə, beynəlxalq təşkilatlar və simalar Amerika prezidenti Donald Trampın bəzi ölkələrdən miqrantlar və müsəlmanların Amerikaya girişini məhdudlaşdırmasını irqçi və qeyri-insani hərəkət adlandırıblar.
Amerikada bir neçə hüquq müdafiə təşkilatı, o sıradan " Milli miqrasiya hüquq mərkəzi" , " Amerikada ictimayi azadlıqlar birliyi" Trampın anti-miqrant siyasətlərinə görə, ona və ABŞ-ın daxili təhlükəsizlik naziri Con Kleyə qarşı şikayət ediblər.
Amerika universitetlərinin müəllimləri və araşdırmacıları da bir bəyanat yayaraq bildiriblər ki, Trampın miqrantlar barədəki fərmanı Amerikanın ali təhsil ocaqlarının imicinə və müsbət keçmişinə vurulan möhkəm zərbədir.
İnsan Haqları Gözətçiləri Təşkilatı da bir bəyanatda bildirib ki, Dünya səviyyəsində miqrantların artdığı və hərbi didərginlərin yardıma ehtiyaclarının gün-gündən çoxaldığı bir çətin dövrdə Amerika üzərinə düşən məsuliyyətdən boyun qaçırır.
Birləşmiş Millətlər Təşkilatının miqrasiya və Didərginlər üzrə Ali Komisarlığı da müştərək bəyanatda Trampın fərmanını qınayıblar, dini, irqi və milli mənsubiyyəti nəzərə alınmadan miqrantlara eyni münasibət sərgilənməsini istəyiblər.
ABŞ prezidenti Donald Tramp cümə günü bir fərman imzalayaraq İran da daxil 7 ölkənin vətəndaşlarının Amerikaya daxil olmalarına qadağa qoydu. Onun bu təşəbbüsü bir çox ölkələr o cümlədən Avropa ölkələri və BMT-nin ciddi tənqidlərinə səbəb olub.