Türkiyə növbədənkənar seçkiləri rədd etdi
-
Türkiyə növbədənkənar seçkiləri rədd etdi
Türkiyə baş nazirinin müavini bu ölkədə növbədənkənar seçkilərin keçirilməsi ehtimalını rədd edib.
İSNA-nın məlumatına görə, Numan Kurtulmuş bildirib: Türkiyədə parlament yenicə iş başına gəlib, qarşısında çoxlu işləri vardır və hal-hazırda konstitusiya islahatı paketi parlamentdən keçib.
Türkiyə baş nazirinin müavini əlavə edib: Referendumda əldə olunacaq istənilən nəticə hamı tərəfindən qəbul ediləcək və Türkiyə ona əsasən öz yolunu davam etdirəcək və Türkiyə vətəndaşları tərəfindən referendumda konstitusiya islahatının qəbul edilməsi terrorizmlə mübarizə prosesinə müsbət təsir göstərəcək.
O həmçinin Türkiyənin bəzi tanınmış xadimlərinin referendumda lehinə səsin tərəfdarı olmasına dair yayımlanan video-çarxlara toxunaraq deyib: Hər kim öz rəylərini bəyan etməkdə sərbəstdir və biz bu referendumda "Bəli" və yaxud "Xeyr" səsini verənlərə hörmətlə yanaşırıq.
Türkiyənin siyasi quruluşunu parlamentdən prezident üsul idarəsinə dəyişdirən Türkiyə Konstitusiyasının islah edilməsi qalmaqallı layihəsi 21 yanvarda 339 lehinə səslə təsdiqlənib.
Türkiyə konstitusiyasına dəyişiklik paketi bu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana iki dəfə beş illik dövr üçün iqtidarda qalmaq icazəsi verir.