Yan 30, 2017 13:08 Asia/Baku
  • Trampa qarşı etirazlar davam edir
    Trampa qarşı etirazlar davam edir

Minlərlə amerikalı Donald Trampın yeddi müsəlman ölkənin vətəndaşlarının Amerikaya daxil olmalarına dair göstərişlərinə etiraz olaraq, aksiya keçirib.

Siyateldə bəzi aksiya iştirakçılarının Trampın mühacirət siyasətlərinə qarşı yönəlmiş plakatlarında belə yazılıbmış: Fəxr edirik ki, mühacirik. Sığınanlar terrorçu deyillər.

ABŞ-ın bəzi şəhərlərində minlərlə nəfər mühacirlərin Amerikaya daxil olmalarını qadağan edən qanuna etiraz edərək, bu ölkənin böyük hava limanlarında piket keçirib.

Bir qrup aksiyaçı Trampı prezident səlahiyyətinə malik olmayan şəxs adlandırıb və onun impiçment edilməsini istəyib.

Teqlər