Filippin vətəndaşları ABŞ-a etiraz ediblər
Yan 30, 2017 20:07 Asia/Baku
-
Filippin vətəndaşları ABŞ-a etiraz ediblər
Filippin vətəndaşları ABŞ prezidenti Donald Trampın mühacirət siyasətlərinə etiraz ediblər.
Bir qrup Filippin vətəndaşı ABŞ prezidenti Donald Trampın mühacirət siyasətlərinə etiraz olaraq, bu ölkənin Filippinin paytaxtı Manila şəhərindəki səfirliyi önündə aksiya keçirib.
Aksiya iştirakçıları belə şüar verirdilər: Amerika imperializmi bir nömrəli terroristdir!
Filippin vətəndaşları həmçinin amerikalı hərbçilərin Filippin ərazisindəki iştirakının davam etməsilə öz müxalifətlərini bildiriblər.