Yan 31, 2017 11:26 Asia/Baku
  • Britaniyada ABŞ mallarına boykot çağırışı
    Britaniyada ABŞ mallarına boykot çağırışı

ABŞ prezidentinin 7 müsəlman ölkə vətəndaşlarına viza verilməsini qadağan etməsindən sonra Britaniya təşkilatları və tanınmış simaları ABŞ mallarına boykot çağırışları edirlər.

İRİB-in Londondan verdiyi məlumata görə, Metro qəzeti dünənki sayında yazıb: Dünyanın müxtəlif ölkələri ilə bərabər Britaniyada da anti-Tramp təşkilat və tanınmış simalar Amerika mallarını boykot edirlər. Mək Donald ərzaq mallarının, Amerika istehsalı olan Ford avtomobilləri və Apple şirkətinin məhsullarına qarşı boykot çağırışları gün-gündən artmaqdadır. 

Britaniyanın anti-Amerika təşkilatlar və tanınmış simalarının çağırışlarında deyilir: Amerika mallarına qarşı boykot Donald Tramp üçün açıq-aydın mesajdır ki, onun irqçi rəftarlarının dözülməz olduğunu başa düşsün. 

Amerika mallarına boykot çağırışçıları deyirlər ki, 1980-ci illərdə Cənubi Afrika mallarının satın alınmasının irqçiliyə dəstək olduğu kimi bu gün də Amerika mallarını almaq ABŞ irqçiliyinə dəstək hesab olunur. 

Teqlər