Fev 01, 2017 12:53 Asia/Baku
  • Mayami merinin qalmaqallı göstərişilə bağlı aksiya
    Mayami merinin qalmaqallı göstərişilə bağlı aksiya

Amerikanın Mayami şəhəri merinin mühacirlərə qarşı qalmaqallı göstərişinin ardınca bu şəhər əhalisi aksiya keçirib.

Amerika prezidenti Donald Trampın qanunsuz mühacirlərə sığınacaq verən şəhər və məntəqələrin büdcələrinin kəsilməsi haqda göstəriş verməsindən bir gün sonra Mayami meri Karlos Ximenz Florida ştatının bu məntəqəsindəki zindanların başçılarına göstəriş veribdir ki, polisin həbs etdiyi qanunsuz mühacirləri zindanlarda saxlasınlar ki, daxili işlər nazirliyinin istədiyi halda, həmin nazirliyə təhvil verilmiş olsunlar.

Bu qərarın ardınca minlərlə nəfər etiraz səsini ucaldaraq, Mayami merinin qərarını qanunsuz və qeyri-zəruri adlandırıb.

Etirazçılar deyirlər ki, onlar həqiqət üçün mübarizə aparırlar. Heç bir qadağa və divar olmamalıdır.

Teqlər