Fev 01, 2017 15:55 Asia/Baku
  • Trampa qarşı etirazlar
    Trampa qarşı etirazlar

7 islami ölkənin vətəndaşlarının Amerikaya səfərlərinin qadağan edilməsi qanunu Avstriya rəsmiləri və şəxsiyyətlərinin reaksiyaları ilə üzləşib.

Bəzi mediaların məlumatlarına görə, Trampın göstərişinin icrası istiqamətində son zamanlar Vaşinqtonun Dallas beynəlxalq hava limanında həbs olunanlar arasında beş yaşlı iranlı uşaq da olubdur. Ağ Evin sözçüsü deyir ki, bu uşaq Amerikanın milli təhlükəsizliyini təhdid edə bilərdi. Şan Spayser həmçinin yeddi müsəlman ölkənin vətəndaşlarının Amerikaya daxil olmalarının qadağan edilməsi barədəki göstərişin yaxşı tənzim olunduğunu deyərək, amerikalı rəsmilərin tənqidlərini rədd edib və belə deyib: Tənqidçilər Trampın mesajını dərk etməyiblər. Trampın göstərişi doxsan gün icra olunmalıdır, amma Amerikanın daxili təhlükəsizlik naziri deyir ki, yeddi islami ölkənin bəzisi tezliklə viza qadağası siyahısından çıxarılmayacaq. Trampın hərəkətlərilə müxalifətlər daxili və xarici miqyaslarda artmaqdadır. ABŞ Dövlət Departamentinin rəsmilərindən təqribən 900 nəfər bir bəyanatda Trampın icra göstərişini tənqid edib. Vaşinqtonun baş prokuroru deyib ki, Trampın səfərlərə qarşı göstərişi legitimliyə malik deyil. Konqresin bəzi respublikaçı nümayəndəsi də Trampın göstərişinin konqresin qərarına ehtiyaclı olduğunu deyən demokrat nümayəndələrinə qoşulubdur.

Amerikanın müxtəlif şəhərlərində, eləcə də bu ölkədən xaricdə müxalifətlər davam edir. BMT-nin baş katibi Amerikanın hərəkətini əbəs və təsirsiz adlandırıb.

7 islami ölkənin vətəndaşlarının Amerikaya səfərlərinin qadağan edilməsi qanunu Avstriya rəsmiləri və şəxsiyyətlərinin reaksiyaları ilə üzləşib. Avstriya parlamentində yaşıllar partiyasının nümayəndəsi vurğulayıb ki, ABŞ prezidenti dünyada ən təhlükəli bir şəxsdir. O, deyibdir ki, Trampın Avstriyaya və Avropa Birliyinə səfərlərinin qadağan edilməsi də icra edilməlidir.

Yaşıllar partiyasının nümayəndəsi Peter Piltz deyir: Bu yeddi ölkənin vətəndaşlarının Amerikaya səfərinin qadağan edilməsi insanların gediş-gəlişi və dinlərin azadlığına ağır bir zərbə vurur. Avropa Birliyi açıq şəkildə Trampın bu hərəkətinə reaksiya verməlidir. Biz bunu qəbul etməyəcəyik ki, Avropa Birliyi vətəndaşları dini əqidələrinə və ya iranlı valideyninə görə, təcrid edilmiş olsunlar. ABŞ prezidenti Ərəbistan və Qətər kimi ən pis terrorçu rejimlərlə ticarət edir. ABŞ prezidentinin siyasəti iqtisadi mənbələrlə hərc-məcliyin qarışığıdır.

Avstriya prezidenti də 7 islami ölkənin vətəndaşlarının Amerikaya səfərlərinin qadağan edilməsi qanununu tamamilə ayrı-seçkilik mahiyyətli adlandırıb və onu kəskin tərzdə tənqid edibdir.

Bir Avstriya vətəndaşı deyir: Mən bu məsələni xəbərlərdə eşitdim. Trampın gördüyü iş insan haqlarının pozulması deməkdir. Ümid edirəm ki, digər ölkələrin etirazları ilə bu qeyri-düzgün qərar ləğv ediləcək.

Digər Avstriya vətəndaşı bu qənaətdədir: Məncə, bu qərar azadlıq və insan haqlarının pozulması və insanların yaşayışına müdaxilədir. Düzgün deyil ki, bir və ya bir neçə terror halından olan nigarançılığa görə, bir neçə ölkə cəzalandırılsın. Dünya ictimaiyyəti və BMT Trampın bu qərarına etiraz etməlidirlər.

Belə bir halda, İsveçrə xalqı bir internet məktubunda ABŞ prezidentinin bu ölkəyə daxil olmasının qadağan edilməsini istəyib. Hazırda Avropada belə bir nigarançılıq mövcuddur ki, ABŞ prezidentinin insan haqlarına zidd siyasətləri sağçı siyasətçilərin himayəsilə üzləşmiş olsun. Və müsəlmanlar, xaricilər, irqlər və azlıqlarla müxalifət genişlənmiş olsun.

Teqlər