"Tramp Amerikası" və amerikalıları gözləyən tale
-
"Tramp Amerikası" və amerikalıları gözləyən tale
Amerikada elmi dairələr ilə yanaşı dini dairələrdə də Trampa qarşı narazılıqlar artır.
ABŞ prezidenti Donald Tramp Reks Tilersonun Birləşmiş Ştatların yeni dövlət katibi olaraq elan edlməsi mərasimində Amerikanın bir çox ciddi problemlər ilə üz-üzə olduğuna işarə edərək deyib: Bizə Yaxın Şərq və dünyada irs olaraq bir çox problem çatıbdır.
Tramp həmçinin deyib: Artıq xarici siyasətimizi açıq göz ilə yürütmək zamanı çatmışdır.
İRİB-nin müxbiri:
ABŞ prezidentinin milli təhlükəzilik məsələləri üzrə müşaviri general Maykl Felin İranın son ballistik raket sınağına işarə və idda edib ki, bu raket sınağı İranın məntəqədə gərginlik yaradan rəftarları çərçivəsində olub və bu kimi rəftarların qarşısı alınmalıdır.
Amma, ABŞ silahlı qüvvələri Baş Qərargahının sözçüsü isə milli təhlükəsizlik məsələləri üzrə müşavirin sözlərini siyasi mövqe adlandırıb və bu xüsusda hansısa yeni göstərişin daxil olmadığını bildirib.
Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerininin sözçüsü isə İranın ballistik raket sınağının nüvə anlaçmasına zidd olmadığını deyib.
İranın müdafiə naziri isə amerikalıların iddiasına cavab olaraq, ballistik raket sınağını müdafiə qüdrətinin artırılması proqramı çərçivəsində adi sınaq adlandırıb və eyib: Bu raket sınağı nüvə anlaşması ilə heç bir ziddiyyət təşkil etmir və müdafiə qüdrətinin artırılmasında heç bir tərəfə müdaxilə icazəsi verməyəcəyik.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif də İranın qanuni raket proqramının amerikalılar tərəfindən yeni siyasi oyun üçün bəhanə qərar verilməsini tənqid edərək, amerikalılara xəbərdarləq edib.
Məhəmməd Cavad Zərif – İran xarici işlər naziri:
“İran xalqı heç vaxt özünü müdafiə məsələsində kənar tərəflərin söz sahibi olmasına icazə verməyib”
İRİB-nin müxbiri:
Digər tərəfdən, Donald Trampın mühacirlərlə bağlı siyasətləri Vaşinqton ilə ənənəvi müttəfiqləri arasında ixtilafların artmasına səbəb olub. “Washington Post” qəzetinin yazdığına görə Tramp Avstraliyanın baş naziri ilə saxladığı telefon əlaqəsində Sakit okean adalarında məskunlaşmış mühacirlərin qəbul edilməsi barədə iki ölkə arasında daha öncə əldə edilmiş anlaşmaya qarşı çıxaraq, bu anlaşmanı axmaqlıq adlandırıb və gözlənilmədən telefon danışığını kəsib. Avstraliya Amerikanın ən yaxın müttəfiqlərindən biri sayılır. Avstraliya “5 göz” adlandırılan ölkələrdən biridir və Amerika ən həssas informasiyaları bu ölkələr ilə intensiv şəkildə paylaşır. Avstraliyanın baş naziri Mall Komtremball isə bu telefon danışığının detallarının ictimailəşdirilməsindən narahat olduğunu bildirib.
Bu arada Amerikanın daxilində xüsusi ilə universitetlər və kilsələrdə Tramp əleyhinə etirazlar artmaqdadır. Bu istiqamətdə Berkli Universitetinin tələbələri universitetin həyətintə iri tonqal qalayaraq Trampın tərəfdarlarından birinin bu universitetdə çıxış etməsinə icazə verməyiblər.
Amerikada 164 universitet və təhsil müəssisəsi isə Trampa bir məktub ünvanlayaraq, bu addımı Birləşmiş Ştatların elmi potensialına zərbə adlandırıblar. 15 mindən çox universitet müəllimi o cümlədən 100-dən artıq Nobel mükafatı laureatı Trampın mühacirlər əleyhinə qərarı ilə bağlı imza toplayaraq, ötən 3 ildə 3000 iranlı tələbənin Amerikada PHD dərəcəsi ilə məzun olduğunu bildiriblər. Trampın muhacirlərlə bağlı qərarına əsasən İran, Suriya, İraq, Yəmən, Liviya, Somali və Sudan daxil olmaqla 7 müsəlman ölkəsi vətəndaşlarının Amerikaya girişi 3 ay müddətinə qadağan edilir. Amma, Amerikanın elmi dairələri ilə yanaşı dini dairələri də Trampın bu qərarından narazıdır.
Endro Diç – Nyu-York arxiyepiskopu:
“Amerika mühacirlər ölkəsidir və sərhədlərin bu şəkildə bağlanması bu ölkənin keçmişinə hörmətsizlikdir. Xüsusi ilə biz bir dini icma olaraq dövlət qərarı əsasında biz xristianlar ilə müsəlmanlar arasında fərq qoyulmasını və bu fərman ilə xristianların müsəlmanlardan üstün tutulmasından narahatıq. Bu, xristianların istədiyi şey deyil. Bu, çox çirkin bir hərəkətdir.”
İRİB-nin müxbiri:
Hava limanlarında insanların müxtəlif bəhanələrlə incidilməsi etirazların daha da artmasına səbəb olub. Bu hadisələrdən ən təsirlisi isə ABŞ polisinin Virciniya Hava Limanında milli təhlükəsizlik əleyhinə təhdid bəhanəsi ilə, 5 yaşlı bir iranlı uşağın əllərinə qandal vuraraq, 4 saat təcridxanada saxlaması olub. ABŞ dövləti isə verdiyi açıqlamada bu hərəkətə görə peşman olmadığını elan və iddia edib ki, hər bir kəs hətta 5 yaşlı uşaq belə ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid ola bilər.
Şan Spayser – Ağ Evin sözçüsü:
“ABŞ xalqının böyük bir hissəsi prezidentin bu 7 ölkə vətəndaşlarının Amerikaya girişinin qadağan edilməsi ilə bağlı qərarını dəstəkləyir. Yaşı və ya cinsiyyətinə görə kiminsə təhdid olmadığını təsəvvür etmək yanlışdır.”
İRİB-nin müxbiri:
Tramp prezidentliyinin ilk 2 həftəsində komandasını təkmilləşdirməklə yanaşı yeni qərarlar verir. Bu arada onun diktator sayağı davranışları Corc Orvelin “1984” adlı kitabının satış rekordlarını qırmasına səbəb olub. Amerikalılar 70 il öncə yazılan ifratçılıq və diktatorluq barəsində olan bu kitabı oxumaqla “Tramp Amerikası”nın necə olduğunu anlamağa çalışırlar.