Fev 03, 2017 11:43 Asia/Baku
  • Amerikada Corc Oruellin romanlarının satışı artıb
    Amerikada Corc Oruellin romanlarının satışı artıb

Trampın ABŞ-da hakimiyyətə gəlməsindən sonra Corc Oruellin "1984" romanının satışı çox artıb.

Frans24 telekanalının verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsinin gözlənilməz nəticələrindən biri də bu ölkədə Corc Oruellin əsəri olan 1984 romanının satışının artmasıdır. Bu roman 1948-ci ildə yazılıb. Bu kitab indiyədək bu qədər satılmamışdır. Əsər hər hansı etirazçı düşüncəni məhv etmək istəyən bir diktatura rejimin hekayəsidir. Bəziləri bu romanı hazırkı şəraitə bənzər hesab edirlər. Nyu-Yorkun bir çox kitab satışı mağazalarında 1984 romanı artıq mövcud deyil və satılaraq bitmişdir. 

Bir kitab satıcısı deyir: Biz bu kitabın bütün nüsxələrini satdıq və əlavə sifarişlər də almışıq. Digər mağazalarda da durum eynidir. Bu qəfil satış Tramp hökumətinin bəyanatları ilə əlaqəlidir ki, dəfələrlə "əvəz etmək"-dən danışır. 

Corc Oruellin əsərinin alıcılarından biri deyir: Tarix təkrarlanır. Məhz buna görə də xalq fikirləşir ki, gələcək barədə öyrənmək üçün keçmişdə axtarmaq lazımdır. 

Corc Oruellin 1984 romanının satışının artması nəticəsində naşirlər bu kitabdan əlavə 75 min nüsxə çap etmək qərarına gəliblər. 

Teqlər