Fransua Fiyonun mühafizəçiləri etirazçıları döyüblər
-
Fransua Fiyonun mühafizəçiləri etirazçıları döyüblər
Fransada prezident seçkilərinə namizəd Fransua Fiyonun cangüdənləri bir vətəndaşı Fiyona qarşı şüar səsləndirdiyinə görə döyüblər.
Etirazçı şəxs " Fransua Fiyon oğrudur, istefa verməlidir" bağırarkən Fiyonun mühafizəçiləri ona hücum ediblər və onu yumruq və təpiklə hədəfə alıblar. Fransua Marşal Aman Fiyon partiyadaxili sıx rəqabətlərdən sonra nəhayət cari miladi ildə Fransada keçiriləcək pezident seçkilərinə Fransa respublikaçılarının rəsmi namizədi təqdim olundu.
Fransua Fiyonun cangüdənləri tərəfindən etirazçı şəxsə fiziki hücum elə bir şəraitdədir ki, Fransada prezidentliyə başqa namizəd Marin Löpenin mühafizəçiləri də bu gün fransalı jurnalistlərə hücum edərək bir jurnalisti təpik və yumruqla döyüblər. Həmin jurnalist sadəcə verdiyi suala görə döyülüb.