Fev 03, 2017 12:33 Asia/Baku
  • İtaliyada anti-Tramp aksiyalar
    İtaliyada anti-Tramp aksiyalar

İtaliya paytaxtı Roma şəhərində əhali ABŞ dövlətinə qarşı etiraz aksiyiası keçirib.

Röytersin verdiyi məlumata görə, İtaliya vətəndaşları dünən paytaxt Roma şəhərində Amerikanın səfirliyi qarşısında aksiya keçirərək ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkənin vətəndaşlarının Amerikaya girişinə qoyduğu qadağaya qarşı öz etirazlarını bildiriblər. 

Donald Tramp ötən həftə bir fərman imzalayaraq İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının Amerikaya girişinə qadağa tətbiq etdi. 

Trampın bu qərarı Amerika daxilində, eləcə də dünya səviyyəsində geniş xalq etirazlarına səbəb olmuşdur. 

Teqlər