Fev 03, 2017 13:25 Asia/Baku
  • Ərdoğan Merkeli tənqid edib
    Ərdoğan Merkeli tənqid edib

Türkiyə prezidenti Almaniya kanslerini " islam terrorizmi" ifadəsinə görə tənqid edib.

FransPress-in verdiyi məlumata görə, Almaniya kansleri Angella Merkel Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla müştərək mətbuat konfransında "islam terrorizmi" ifadəsindən istifadə etdikdə Ərdoğan ona reaksiya verib və bu ifadənin düzgün olmadığı, təhrikamiz olduğunu deyib. 

Bu məlumata görə, Türkiyə prezidenti deyib: Müsəlmanlara qarşı "islam terrorizmi" ifadəsindən istifadə etmək xoşagəlməz və ədalətsizdir. Məhz buna görə də, bu ifadə düzgün termin deyil və ondan istifadə edilməməlidir, ona görə ki, islam və terrorizm bir-birinin yanında yer almır.

Ərdoğan deyib: İslam sözü sülh anlamındadır, buna görə də, birincisi sülh, ikincisi isə qorxu yaratmaq mənasında olan  İslam ilə terrorizm sözlərini biri-birinin kənarına qoymaq islam dininin davamçılarını narahat edir. 

Almaniya kansleri Angella Merkel dünən Ankarada Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla görüşündə söz azadlığı, miqrantlar məsələsi, Türkiyədən Avropaya gedən miqrantların geri qaytarılması, fərari çevrilişçilərin sığınacaq almaq istəyi və onların Türkiyəyə qaytarılması mövzularını, eləcə də Suriya və İraq məsələlərini müzakirə edib. 

Almaniya kansleri Türkiyənin baş naziri ilə görüşündə də Türkiyə parlament binası ilə yaxından tanış olmasından razı qaldığını deyərək əlavə edib: Türkiyədə dövlət çevrilişinə cəhd əməllərinin şahidi oldum və bir daha təkrar bildirirəm ki, Türkiyə xalqı bir mənalı şəkildə bu çevriliş cəhdi qarşısında mövqe bildirdi və demokratiyaya dəstək verdi.  

 

Teqlər