Yəmənli etirazçılar Nyu-Yorkun mərkəzində camaat namazı qılıblar
-
Yəmənli etirazçılar Nyu-Yorkun mərkəzində camaat namazı qılıblar
Amerikada yaşayan yəmənlilər icması Nyu-York şəhərində öz mağazalarını bağlayaraq, müsəlmanların Amerikaya girişinə qoyulan qadağaya öz etirazlarını bildiriblər və şəhərin Bruklin rayonunda camaat namazı qılıblar.
Röytersin verdiyi məlumata görə, Nyu-York şəhərinin yəmənli mühacirləri dünən günortadan sonra öz mağaza və restoranlarını bağlayıblar və ABŞ prezidenti Donald Tramp hökumətinin anti-miqrant siyasətlərinə qarşı aksiya keçiriblər.
Məlumata görə müsəlman qrupların sosial şəbəkələr vasitəsi ilə çağırış etmələrinin ardınca Nyu-York şəhərində mindən çox mağaza dünən yerli vaxtla saat 20-dən öz fəaliyyətlərini dayandırıblar.
Etirazçılardan biri müxbirlərə deyib: Biz küçələrə axışacaq, hava limanında saxlanılan yaxud hər hansı ölkədə Amerikaya qayıda bilməyən bacı və qardaşlarımıza dəstək verəcəyik. Bu ədalətli deyil.
Amerikada yəmənli mühacirlərin çoxu Nyu-York şəhərində yaşayır. Bruklin rayonu isə yəmənlilərin sıx yaşadığı ərazi hesab olunur. Manhetten, Bronks və Kuines rayonlarında da yəmənli mühacirlər yaşayırlar.