Amerikada bir məhkəmə Trampın anti-miqrant fərmanına qarşı hökm çıxarıb
Bir amerikalı hakim bu ölkə prezidentinin miqrasiya məhdudiyyətlərinə dair fərmanının icrasının müvəqqəti dayandırılmasına hökm verib.
İRİB-in verdiyi məlumata görə, Miçiqan ştatının Detroyt şəhərinin federal hakimi Viktoriya Roberts bu gün bir hökm çıxararaq , hökuməti, prezidentin anti-miqrant fərmanını icra etməkdən çəkindirib.
Öncə də Los-Anclesdə bir hakim öz hökmündə Tramp hökumətinin İran və 6 müsəlman ölkənin vizaya malik olan vətəndaşlarına amerikaya daxil olmaq icazəsi verməli olduğunu bildirmişdi.
Bir çox təşkilatlar, beynəlxalq qurumlar , tanınmış simalar və adi insanlar Trampın bəzi müsəlman ölkələrin vətəndaşlarının Amerikaya səfərinə qoyduğu qadağaları irqçi və qeyri-insani hərəkət adlandırıblar.
ABŞ prezidentinin son günlərdə imzaladığı fərmanlar dünya səviyyəsində geniş reaksiyalara səbəb olmuşdur.
Amerika ilə Meksika arasında qeyri-qanuni miqrantların daxil olmasına qarşı divarın çəkilməsi, 7 müsəlman ölkə vətəndaşlarına 3 aylıq viza qadağasının tətbiq edilməsi, ABŞ iə Sakit okeanın 11 sahilyanı ölkəsi arasında Trans Pasifik beynəlxalq ticarət müqaviləsinin ləğv edilməsi Donald Trampın imzaladığı qalmaqallı fərman və sərəncamlarından ibarətdir.