Avstriya ABŞ-ın Suriyada gərginlik yaratmasını tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i258809-avstriya_abŞ_ın_suriyada_gərginlik_yaratmasını_tənqid_edib
Avstriyanın kansleri ABŞ dövlətinin siyasətlərini Suriyada böhranın kəskinləşməsi amili adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2017 07:24 Asia/Baku
  • Avstriya ABŞ-ın Suriyada gərginlik yaratmasını tənqid edib

Avstriyanın kansleri ABŞ dövlətinin siyasətlərini Suriyada böhranın kəskinləşməsi amili adlandırıb.

Tap Çenel-in məlumatına görə, Avstriyanın kansleri Kristian Kern cümə günü Avropa Birliyi ölkələrinin Maltada keçirilən sammitində deyib ki, ABŞ dövlətinin hərəkətləri Suriyada böhranın şiddətlənməsi və minlərlə suriyalının bu ölkədən çıxmasına səbə olubdur.

Avstriyanın kansleri əlavə edib: Amerika həmçinin Asiyanın qərbindəki digər ölkələrdə böhran amilidir.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini də bu iclasda ABŞ prezidenti Donald Trampın mühacirət siyasətlərini tənqid edib.