Amerika dövlətinin Almaniya xalqı arasındakı etibarı azalıb
Fev 04, 2017 12:24 Asia/Baku
Almaniyada aparılmış bir rəy sorğusunun nəticələri Donald Trampın hakimiyyətə gəlməsindən sonra Amerika dövlətinin Almaniya xalqı arasındakı etibarının azalmasından xəbər verir.
Sputnik xəbər agentliyinin məlumatına görə, "Infratest Dimap" statistika müəssisəsinin apardığı rəy sorğusunun nəticələrinə görə, alman respondentlərin təkcə 22 faizi Vaşinqtonu Berlin üçün yaxşı şərik bilir.
Belə bir halda, 2016-cı ilin noyabrında bu rəqəm 59 faiz olmuşdu.
Bu rəqəmi "YouGov" araşdırma müəssisəsi tərəfindən aparılmış digər bir rəy sorğusu təsdiq edir.
"YouGov" araşdırma müəssisəsi tərəfindən təqdim olunmuş statistikaya əsasən, respondentlərin 71 faizi ABŞ-ın yeni dövlətinin siyasətlərinə mənfi baxışla baxır.