Fev 04, 2017 20:03 Asia/Baku
  • BMT-nin Myanma müsəlmanlarının qırğını barədə hesabatı

BMT bildirib ki, Myanmanın təhlükəsizlik qüvvələri insan haqlarını geniş surətdə pozub və bu ölkənin müsəlmanlarına qarşı kütləvi qırğın əməliyyatını həyata keçiriblər.

Təsnim xəbər agentliyinin məlumatına görə, BMT vurğulayıb ki, Myanmanın təhlükəsizlik qüvvələri bu ölkədə müsəlman uşaqların qətli, şiddətli işgəncələr, silah təhdidi altında təcavüz və kütləvi qırğın törədiblər.

BMT bu hesabatda Myanmadan Banqladeşə qaçmış 200-dən çox Ruhinqa müsəlman azlığı ailəsilə müsahibə aparıbdır.

BMT-nin hesabatında deyilir: Səkkiz aylıq südəmər bir uşaq beş təhlükəsizlik qüvvəsi silah gücünə anasına təcavüz edərkən qətlə yetirilib.

Bu hesabatda sonra deyilir ki, Ruhinqa müsəlmanlarından təqribən altmış beş min nəfər Myanmadan Banqladeşə qaçıbdır.

Bu məlumata görə, müsahiblərin yarısı bildiribdir ki, ailə üzvlərindən biri öldürülübdür.

Bu müsahibələrə görə, Myanmanın təhlükəsizlik və ya ordu qüvvələri Ruhinqa müsəlmanlarının yüzlərlə evi, məktəbi, bazarı, satış mərkəzi və məscidini yandırıblar.

BMT-nin hesabatında habelə deyilir: Myanma ordusu Ruhinqa əhalisinin evlərini sakinləri ola-ola yandırır və müsəlmanları yanan evlərə girməyə məcbur edir.

Təqribən 70 min Ruhinqa müsəlmanı son zamanlar ordunun və ifratçı buddistlərin kobudluqları üzündən Myanmadan Banqladeşə qaçıbdır.

Teqlər