Rusiyanın Avropa əleyhinə sanksiyaları; bankların fəaliyyətinə reaksiya
Rusiya xarici işlər naziri Rusiyanın Avropa Birliyi əleyhinə sanksiyalarının Rusiya banklarının fəaliyyətinin məhdudlaşdırılmasına reaksiya olduğunu bildirib.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Avstriyanın Profil nəşri ilə müsahibədə deyib: Avropa Birliyi Rusiya əleyhinə sanksiya tətbiq etməklə bu ölkə banklarının potensialını məhdudlaşdırdı.
Lavrov əlavə edib: Kənd təsərrüfatı məhsulları üzrə Avropa istehsalçıları da Rusiya əleyhinə yaranmış ədalətsiz şəraitdən bu ölkə bazarında fəaliyyət üçün sui-istifadə ediblər.
Rusiya xarici işlər naziri Avropa Birliyinə qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsi ehtimalı haqda da deyib: Moskva sanksiyalar siyasətini başladan tərəf olmayıb ki, ona son qoysun.
Avropa Birliyi Rusiyanın Ukrayna böhranında rolu ilə bağlı iddia etdiyi məsələ, həmçinin Krım yarımadasının Rusiya ərazisinə ilhaq edilməsi səbəbi ilə bu ölkə əleyhinə sanksiyalar tətbiq edib.