Fev 06, 2017 12:01 Asia/Baku
  • İri şirkətlər də Trampa qarşı
    İri şirkətlər də Trampa qarşı

ABŞ-ın ən iri texnologiya şirkətlərinin başçıları da bu ölkə prezidenti Donald Trampın mühacirlərlə bağlı qərarına etiraz ediblər.

Bloomberg-in verdiyi məlumata görə, "Facebook"un icraçı direktoru ABŞ prezidentinin 7 müsəlman ölkəsi vətəndaşlarının Amerikaya girişinin qadağan edilməsi ilə bağlı qərarına ilk etiraz edənlərdən biri olaraq, Trampın bu qərarında nigaran olduğunu bildirib. 

Mark Zakerberq cümə günü deyib: Bir çoxlarınız kimi mən də Trampın bu qərarından nigaranam. Biz bu ölkəni təhlükələrdən qorumalıyıq. Amma, bu iş, bütün diqqətlərin ABŞ üçün təhdid sayılan şəxslərə yönəldilməsi ilə olmalıdır. 

Net Flisk media şirkətinin icraçı direktoru Rid Histinger də bu qalmaqallı qərarın imzalanmasından bir gün sonra yazıb: Trampın bu qərarın Net Fliksin bütün dünya üzrə işçilərinə mənfi təsir buraxmış olacaq və hamımız ondan zərər çəkəcəyik. 

ABŞ-ın ən iri texnologiya şirkətlərinin təqribən yarısı mühacirlər tərəfindən yaradılıb və ya hal hazırda onlar tərəfindən idarə olunur. Buna misal olaraq Microsoft şirkətinin icraçı direktoru Satya Nadla, Google şirkətinin icraçı direktoru Sandar Piçay və Apple şirkətinin icraçı direktoru Tim Koka işarə etmək olar. Onların hamısı bəyanat yayaraq, Trampın qərarını tənqid edib və öz mühacir işçilərini dəstəkləyiblər. 

Teqlər