Lavrov İranın terrorizmi himayə etməsi ilə bağlı ittihamları rədd etdi
Rusiya xarici işlər naziri terrorizmi himayə etəmsi ilə bağlı İrana qarşı irəli sürülən iddiaları rədd edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Venesuela xarici işlər naziri Delsi Rodrigez ilə birgə mətbuat konfransında deyib: İran Suriya dövlətinin istəyi əsasında bu ölkədə İŞİD terrorçularına qarşı qanuni mübarizə aparır.
Rusiya prezidenti Vladimir Putin 2015-ci ildə BMT Baş Assambleyasında bildirmişdi ki, terrorizm ilə mübarizədə vahid cəbhə yaradılmalıdır. İŞİD-in varlığını öz təhlükəsizliyinə qarşı təhdid hesab edən hər bir ölkə bir-biri ilə əməkdaşlıq etməlidir. Mən əminəm ki, biz bu cəbhədə yer alacaq ölkələr barəsində danışa bilərik və İran birgə səylərin bir parçası ola bilər.
Rusiya xarici işlər naziri həmçinin deyib: Bu gerçəkliklərdən birinə işarə edirəm. Rusiya, Amerika, İran və digər ölkələrin üzv olduğu beynəlxalq bir qrup var ki, onun adı FATF-dır. Bu qrupun məqsədi çirkli pulların yuyulması və terrorizmin maliyyə qaynaqları ilə mübarizədir. Bu qrup bir müddət öncə İranın öz öhdəliklərinə sədaqəti barədə hesabat təqdim etmişdi. Mən bu hesabatı oxuduğum zaman orada İrana qarşı hansısa tənqid görmədim. Bu sənəddə etiraf edilirdi ki, İran bu yolda səmimi şəkildə əməkdaşlıq edib. Buna görə də, yaxşı olar ki, diqqətləri praktiki yollara yönəldək.