Fev 07, 2017 11:16 Asia/Baku
  • Myanma ordusunun müsəlman qadınlara qarşı mütəşəkkil cinayəti

İnsan Haqları Gözətçiləri Təşkilatı Myanma ordusu və polisinin Ruhinqya müsəlmanlarının qadınlarına qarşı mütəşəkkil cinayət törətməsindən xəbər verib.

PressTv-nin verdiyi məlumata görə, İnsan Haqları Gözətçiləri Təşkilatı dünən bir hesabat yayaraq bildirib ki, Raxin vilayətində Myanma dövlət qüvvələri müsəlman qadın və qızlara qarşı mütəşəkkil cinsi zorakılıq və təcavüz həyata keçirirlər. 

Təşkilat Myanma dövlətinin müsəlman qadın və qızlara qarşı cinsi təcavüz barədəki hesabatlara dərhal münasibət bildirməsini istəyib. 

Hesabatda deyilir: Myanma ordusu və sərhəd polisi 2016-cı il oktyabrın 9-dan dekabrın ortalarınadək 9 kənddə və Raxin bölgəsində cinsi zorakılıq törədib. 

BMT İnsan Haqları Ali Komisarlığı da bir hesabat yayaraq Myanma ordusunun müsəlman qadınlara qarşı mütəşəkkil cinayətlər törətdiyini təsdiqləyib. 

Myanmanın şimal qərbində yerləşən Raxin vilayəti çoxlu sayda Ruhinqya müsəlmanlarının yaşadığı ərəazi olaraq 2012-ci ildən bu günədək ifratçı buddistlərin müsəlmanlara qarşı etnik təmizləmə əməliyyatlarının şahididir. 

Bolgədə gedən zorakılıqlar nəticəsində yüzlərlə adam ölüb on minlərlə adam həyatını qurtarmaq üçün öz ev-eşiklərini tərk edərək Banqladeş, Tailand, Malayziya və İndoneziyaya qaçqın düşüb, bu ölkələrdə bərbad durumda olan didərgin düşərgələrində yaşayır. 

Teqlər