Rusiya məhkəməsi hökumət müxalifini mənimsəmə işində müttəhim hesab etdi
Fev 08, 2017 20:58 Asia/Baku
Rusiyada bir məhkəmə Rusiya hökumətinin əsas müxalifini mənimsəmə işində müttəhim hesab edib.
France 24 telekanalının məlumatına görə, Rusiya hökumətinin tanınmış müxalifi Aleksey Novalnı korrupsiya və mənimsəmə işində müttəhim hesab olunub.
Bu televiziyanın Moskvadakı müxbiri bu barədə deyib: Aleksey Novalnı Kirov vilayətinin mer müavini olduğu zamanda 250 min dolları mənimsəməklə əlaqədar müttəhim hesab olunub. Hakimlər bu haqda öz rəylərini tezliklə elan edəcəklər. Prokuror onun üçün beş illik həbs istəyib. Beləliklə Novalnı gələn prezident seçkilərində iştirak etmək səlahiyyətini itirəcəkdir. O bundan öncə bildirmişdi ki, prezidentliyə namizəd olacaq. Bununla belə Novalnı bildirib ki, hər halda bu seçkilərdə iştirak edəcək.