Fev 09, 2017 11:33 Asia/Baku
  • Amerikalı senatorların anti-Rusiya layihəsi
    Amerikalı senatorların anti-Rusiya layihəsi

Amerikalı senatorlar bir təklif irəli sürüblər. Bu təklifə görə, ABŞ konqresi Amerika prezidentinin Rusiyaya qarşı sanksiyaların ləğvinə dair hər cür qərarını veto edə bilər.

Sputnik xəbər agentliyinin məlumatına görə, respublikaçı Lindsey Qraham və demokrat Ben Kardinin rəhbərlik etdikləri hər iki partiyadan olan senatorlar dünən bir təklif irəli sürüblər. Bu təklifə görə, Amerika prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaların ləğvinə dair hər cür qərarı üçün ABŞ konqresinə veto haqqı verilir.

"Rusiyanın yenidən nəzərdən keçirilməsi qanunu" adlanan bu layihəyə əsasən, Ağ Ev Rusiyaya qarşı sanksiyaların ləğvi üçün konqresə dəlillər irəli sürməlidir və Rusiyaya qarşı sanksiyaların ləğvi konqresin nümayəndələr palatasının və senatın razılığına ehtiyaclıdır.

Belə bir halda, Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Konstantin Kosaçev deyib ki, ABŞ senatının Rusiyaya qarşı sanksiyaların ləğvi barədəki veto haqqı iki ölkə əlaqələrinin adiləşməsinə mane olacaq.

Kosaçev əlavə edib: Bu layihənin əsas konstruktorlarının hamısı anti-rus senatordur və onlar Amerikanın Moskva qarşısındakı hazırkı mövqe dəyişməsini özləri üçün bir məğlubiyyət bilirlər.

Donald Tramp öz seçki təbliğatları gedişində, həmçinin ABŞ prezidenti kimi fəaliyyətə başlayandan sonra dəfələrlə Rusiya ilə əlaqələrin adiləşdirilməsi və terrorizmlə mübarizə kimi sahələrdə bu ölkə ilə həmkarlığa təkid edibdir.

Teqlər