Fev 09, 2017 12:29 Asia/Baku
  • Myanma ordusunun əməliyyatında mindən çox müsəlman öldürülüb
    Myanma ordusunun əməliyyatında mindən çox müsəlman öldürülüb

BMT-nin iki yüksək vəzifəli rəsmisi bildirib ki, Myanma hərbçilərinin bu ölkənin şimalındakı əməliyyatında mindən çox Ruhinqa müsəlmanı öldürülüb.

Press TV-nin məlumatına görə, Myanmadakı zorakılıqlardan qaçmaqda olan müsəlmanlarla bağlı işlərə baxan BMT-nin iki məsul şəxsi dünən bildirib ki, Myanma ordusunun Ruhinqa müsəlmanları əleyhinə əməliyyatındakı tələfatın miqdarı öncə elan olunmuş rəqəmdən yuxarıdır.

Myanmanın dövlət başçıları iddia ediblər ki, 2016-cı ildə Raxin əyalətində əməliyyatın başlanmasından bəri 100-dən az insan öldürülüb.

BMT Ali Komissarlığının İnsan Haqları Bürosu da bir hesabat yayaraq, bildirib ki, Myanma hərbçiləri öz əməliyyatlarında "körpələr, uşaqlar, qadınlar və yaşlılara qarşı qırğın, eləcə də mütəşəkkil və geniş cinsi təcavüzlər" törədiblər.

Bundan öncə ittihamları rədd edən Myanma dövləti ötən həftə vəd etdi ki, bu barədə təhqiqat aparacaq.

Teqlər