Fev 09, 2017 19:12 Asia/Baku
  • Polis zorakılığına qarşı Fransa xalqının aksiyası
    Polis zorakılığına qarşı Fransa xalqının aksiyası

Dörd fransalı polisin 22 yaşlı gənc fransız qara dərili Teoya qarşı zorakılıq və zorlama tətbiq etməsi bu ölkədə üç gecə dalbadal aksiyanın keçirilməsilə nəticələnib.

Parisdə çıxan Lomond qəzetinin məlumatına görə, fransız etirazçılar polis zorakılığını pisləyərək, bir neçə avtomobili və zibil qabını yandırıblar.

Fransa polisi də bir neçə etirazçını həbs edib.

Qaradərili yeniyetməyə qarşı hörmətsizlik mediaların, xüsusən mətbuatın ən əsas xəbərinə çevrilib. Belə bir halda, Fransanın sosialist prezidenti Fransua Olland çəkişmələri azaltmaq məqsədilə çərşənbə axşamı günü Teonun görüşünə gedib.

Dörd fransalı polis fevralın ikisində Teo adlı 22 yaşlı bir gənci zorakılığa və cinsi təcavüzə məruz qoydu.

Belə bir halda, Fransada prezident seçkilərinin keçirilməsinə üç ay qalır.

"Cinayətkarlıq və məhkəmə cavabı" üzrə nəzarətçilər çərşənbə günü özlərinin illik hesabatında bildiriblər ki, Fransada polis zorakılığı qurbanlarının yalnız on üç faizi bu orqandan şikayətlidir.

Teqlər