İndoneziyada yüz minlərlə əhalinin iştirakı ilə aksiya keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i259447-İndoneziyada_yüz_minlərlə_əhalinin_iştirakı_ilə_aksiya_keçirilib
İndoneziyada Cakarta bölgəsinin yeni icra başçısının seçilməsi ərəfəsində yüz minlərlə əhali etiraz aksiyası keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2017 08:20 Asia/Baku
  • İndoneziyada yüz minlərlə əhalinin iştirakı ilə aksiya keçirilib
    İndoneziyada yüz minlərlə əhalinin iştirakı ilə aksiya keçirilib

İndoneziyada Cakarta bölgəsinin yeni icra başçısının seçilməsi ərəfəsində yüz minlərlə əhali etiraz aksiyası keçirib.

İnqiliscə Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, paytaxt Cakarta üçün yeni icra hakiminin seçilməsi ərəfəsində İndoneziyada müxtəlif bölgələrdə yüz minlərlə əhali etiraz aksiyaları keçirib.

Cakartanın hazırkı icra başçısı xristiandır və islam dinini təhqir etməkdə ittiham olunur. O son əlli ildə Cakartada ilk xristian icra başçısı hesab olunur. O özünün təbliğat kampaniyasında Quran-Kərimin ayələrindən birinə hörmətsizlik etdiyinə görə islam dinini təhqir etməkdə ittiham edilir.