Əfqanıstanda bir qrup hərbçi və sivil həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i259481-Əfqanıstanda_bir_qrup_hərbçi_və_sivil_həlak_olub
Əfqanıstanın Ləşkərgah şəhərində kamikadze hücumunda bir qrup sivil və hərbçi həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2017 15:37 Asia/Baku
  • Əfqanıstanda bir qrup hərbçi və sivil həlak olub
    Əfqanıstanda bir qrup hərbçi və sivil həlak olub

Əfqanıstanın Ləşkərgah şəhərində kamikadze hücumunda bir qrup sivil və hərbçi həlak olub.

İRİB-in məlumatına görə, Helmənd vilayəti meriyasının sözçüsü Ömər Zəvak bildirib: Ləşkərgah şəhərində bir bank kənarında terror aktı nəticəsində azı 8 nəfər həlak olub, 20 nəfər də yaralanıb. Terrorçu öz maaşlarını almaq üçün yerli bankın kənarına toplaşan təhlükəsizlik qüvvələrinin yanında üzərindəki partlayıcı kəməri işə salıb. Nəticədə 8 nəfər həlak olub, 20 nəfər də yaralanıb.

Helmənd vilayəti son bir neçə ildə dövlət qüvvələri ilə Taliban ünsürləri arasında güclü qarşıdurmaların şahidi olmuşdur.