Fev 11, 2017 19:11 Asia/Baku
  • Universitet işçilərinin çıxarılmasına etiraz - Türkiyədə
    Universitet işçilərinin çıxarılmasına etiraz - Türkiyədə

Etirazçılar terror təşkilatları ilə əlaqədə olmaq şübhəsi ilə Türkiyə universitetlərindən on minlərlə işçinin çıxarılmasına etiraz ediblər.

İRİB-in məlumatına görə, əsasən araşdırmaçılar, tədqiqatçılar və tələbələrin təşkil etdiyi etirazçılar cümə günü böyük universitetlər, o cümlədən Boğaziçi universitetinin girişinə toplaşıblar.

Etirazçılar Türkiyə universitetlərindən 330 müəllim və araşdırmaçının kənarlaşdırılmasını ədalətsiz və qeyri-qanuni adlandıraraq, rəsmilərin terror qruplaşmaları və təşkilatları ilə əlaqədə olduqlarını adlandırdıqları şəxslər və siyasi müxaliflərə qarşı məhdudlaşdırıcı və repressiv hərəkətləri pisləyiblər.

Ötən həftə çərşənbə axşamı günü Türkiyə universitetlərinin 4467 işçisi fövqəladə vəziyyət çərçivəsində verilən qalmaqallı qanuna əsasən işdən kənarlaşdırılıb.

Bu rəqəmə son vaxtlar hökumət tərəfindən kənarlaşdırılan 330 universitet araşdırmaçısını da əlavə etmək lazımdır.

Ötən il Türkiyədə uğursuz çevrilişdən sonra icra olunan fövqəladə vəziyyət hökumətə xüsusi səlahiyyətlər verib. Belə ki, hökumət media müəssisələri və digər qurumlarda müxaliflərinin işinə xitam verə bilir.

2016-cı il 16 iyulda Türkiyə hərbçiləri Ərdoğan hökuməti əleyhinə çevrilişə cəhd etdilər. Lakin dərhal hökumət tərəfindən yatırıldı.

Rəsmi Ankaranın bildirdiyinə görə, 290 nəfərin həlak olduğu və 2 min nəfərin yaralandığı uğursuz çevriliş ardınca, Türkiyə rəsmiləri ordu, polis, ədliyyə strukturu, universitetlərdə çoxlu sayda işçilər, incəsənət xadimləri və yazarların həbsinə order verdilər.

Teqlər