Rumıniyada hökumət əleyhinə etirazlar davam edir
-
Rumıniyada hökumət əleyhinə etirazlar davam edir
Rumıniya vətəndaşlarının hökumət əleyhinə aksiyası paytaxt Budapeştdə keçirilib.
Press TV-nin məlumatına görə, Rumıniya vətəndaşları cümə günü hökumət əleyhinə etirazlarınd avamında Prezident Sarayı qarşısına toplaşıb və bu ölkə prezidenti Klaus İohannisin istefasını tələb ediblər.
Rumıniyada etiraz aksiyaları bəzi cinayətlərin cinayətdən çıxarılmasına dair hökumətin layihəsinə etiraz olaraq başlanıb.
Etirazların davam etməsi ilə yanaşı qeyd edək ki, hökumət bu layihənin detallarına yenidən baxacağını elan edib.
Rumıniya hökuməti müxalifləri xəbərdarlıq ediblər ki, bu layihənin icra olunması ilə korrupsiya müttəhimlərinin həbsdən azad olunmasına şərait yaranacaq.
Rumıniya vətəndaşları son günlərdə korrupsiya haqda cəza qanunlarının yüngülləşdirilməsi barədə hökumətin fərmanına etiraz edirlər.
Rumıniya parlamentində də hökumət müxalifləri bu layihəyə qarşı çıxıblar.
Avropa Komissiyası da korrupsiya haqda cəza qanunlarının yüngünlləşdirilməsi ilə əlaqədar Rumıniya hökumətinin addımlarını dayandırmasını istəyib.