Fev 11, 2017 20:05 Asia/Baku
  • Qılıçdaroğlu: Türkiyə xalqı referendumda əleyhinə səs verəcək
    Qılıçdaroğlu: Türkiyə xalqı referendumda əleyhinə səs verəcək

Türkiyə parlamentində hökumətin ana müxalifətinin sədri bu ölkə vətəndaşlarını Türkiyə konstitusiyasında dəyişikliklə əlaqədar referendumda əleyhinə səs verməyə çağırıb.

Türkiyənin Milliyyət qəzetinin yazdığına görə, CHP lideri Kamal Qılıçdaroğlu cümə günü etdiyi çıxışında deyib: Türkiyənin gələcəyini düşünənlərin hamısı əleyhinə səs verməlidir.

Qılıçdaroğlu Türkiyə vətəndaşlarının hər birinin bir siyasi partiyanın tərəfdarı ola bildiyini bəyan edərək deyib: Türkiyə Konstitusiyasına dəyişikliklə əlaqədar referendumda yeni hökumət seçilməyəcək, Türkiyənin gələcəyi haqda səsvermə olacaqdır.

Türkiyə hökumətinin bu ölkənin siyasi quruluşunu parlamentdən prezident üsul idarəsinə dəyişmək üzrə səyi hökumət müxaliflərinin sər reaksiyası ilə üzləşib.

CHP və HDP Konstitusiyada dəyişikliyə qarşıdır. Onların qənaətincə, dəyişikliklər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əlavə səlahiyyətlərlə müxaliflərə qarşı diktə siyasətini yürütməsinə səbəb olacaq.

Referendumda Türkiyə Konstitusiyasına dəyişiklik olduğu halda, Ərdoğan 2029-cu ilə qədər prezident olaraq iqtidarda qala bilər.

AKP rəsmilərinin bildirdiyinə görə, Konstitusiyaya dəyişiklik haqda referendum 2017-ci il aprel ayının ortalarında keçiriləcək.

Teqlər