Şimali Koreya raket sınağı keçirib
https://azeri.sahartv.ir/news/dünya-i259559-Şimali_koreya_raket_sınağı_keçirib
Qərbin xəbərdarlıqlarına rəğmən, Şimali Koreya Yapon dənizinə tuşlanmış bir ballistik raket sınağından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 12, 2017 09:27 Asia/Baku
  • Şimali Koreya raket sınağı keçirib
    Şimali Koreya raket sınağı keçirib

Qərbin xəbərdarlıqlarına rəğmən, Şimali Koreya Yapon dənizinə tuşlanmış bir ballistik raket sınağından xəbər verib.

Cənubi Koreya ordusunun baş qərargahı bu gün səhər bildirib: Yerli vaxtla saat 07:55 dəqiqədə Şimali Koreyanın Pxyonan vilayətindən atılmış bu raketin növü hələ müəyyən edilməyibdir.

Bu məlumata görə, Cənubi Koreya ordusu hazırda belə bir məsələni araşdırmaqla məşğuldur ki, görən, atılmış raket üç min kilometrlik mənzilə malik olan "Musudan" tipli orta mənzilli ballistik raket növündən olub, yoxsa yox.

Qərb ölkələrinin, xüsusən ABŞ-ın Şimali Koreya ilə bağlı ən çox nigarançılığı bu məsələdir ki, bu ölkənin yeni qitələrarası ballistik raketləri nüvə başlıqları daşıya bilərlər.

Şimali Koreya son zamanlar özünün beşinci nüvə sınağını həyata keçiribdir.