Ştyan Mayer Almaniya prezidenti seçildi
Fev 12, 2017 20:57 Asia/Baku
Almaniyanın Federal Şurası bu ölkənin sabiq xarici işlər naziri Frank Valter Ştayn Mayeri bu ölkənin yeni prezidenti seçdi.
İRNA-nın məlumatına görə, Almaniyanın sabiq xarici işlər naziri Frank Valter Ştayn Mayer bu ölkənin prezidenti oldu.
Xristiyan-Demokrat Partiyasından olan Almaniya kansleri Angela Merkel və Xristiyan-Sosialist Partiyasının sədri Horst Zi Hofer Ştayn Mayerin prezidentliyə namizədliyini dəstəkləmişdilər.
Frank Valter Ştayn Mayer ABŞ-ın yeni prezidenti Donald Trampın ciddi tənqidçilərindən sayılır.
Almaniyada prezidentlik daha çox formal xarakter daşıyır və Federal Şuranın məxfi rəyi ilə 5 il müddətinə seçilir.
Federal Şura (Federal Convention) bir konstitusyon orqan olaraq prezidenti seçmək vəzifəsini daşıyır.