Rumıniya xalqı korrupsiya ilə mübarizəyə təkid edir
-
Rumıniya xalqı korrupsiya ilə mübarizəyə təkid edir
On minlərlə insan artıq 13-cü gündür ki, Rumıniya küçələrinə çıxaraq, hökuməti istefaya çağırır.
Fransa xəbər agentliyinin Buxarestdən verdiyi məlumata görə Rumıniya mediaları etiraz aksiyasında 30-50 min nəfərin iştirak etdiyini bildirirlər. İnsanlar "oğru" və "istefa" şüarları verərək, hökumət binası qarşısında aksiya keçirirlər.
Bu məlumata görə, paytaxt Buxarest ilə yanaşı, ölkənin digər iri şəhərlərində də 20 minə yaxın insan "istefa" tələbi ilə hökumət əleyhinə aksiyalarda iştirak edir.
Aksiya iştirakçıları bildirirlər ki, hökumətə "qırmızı kart" göstərmək istəyirlər. Hökumətin gördüyü işin ardınca, artıq nə ədliyyə naziri Florin İordaçenin istefası kifayət edir, nə də korrupsiya ilə mübarizə haqda yenin qanunun ləğv edilməsi.
Rumıniya dövləti ötən ay bir qanun layihəsi qəbul edərək, məmurların korrupsiya işi ilə bağlı cəzaları yüngülləşdirmiş oldu. Bu da ölkə səviyyəsində hökumət əleyhinə geniş etirazlara yol açıb. Deyilənlərə görə, bu etirazlar 1989-cu ildən bəri ölkədə müşahidə olunan ən böyük xalq etirazlarıdır.