Ərdoğan: Suriya ərazisində 5000 kvadrat kilometrlik təhlükəsiz zona yaradacağıq
-
Ərdoğan: Suriya ərazisində 5000 kvadrat kilometrlik təhlükəsiz zona yaradacağıq
Türkiyə prezidenti bu ölkə ordusunun Suriya ərazisindəki hərbi əməliyyatları Mənbic və Rəqqə şəhərlərinə doğru davam etdirəcəyini deyərək, Ankaranın Suriyada 5000 kvadrat kilometrlik bir ərazidə təhlükəsiz zonanın yaradılması planından xəbər verib.
Əlhədəs telekanalının verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan Bəhreyndə Beynəlxalq Slüh Fondunda etdiyi çıxışı zamanı deyib: Bəhreyn ilə əlaqələrin möhkəmləndirilməsi üçün bütün sahələr üzrə səylərimizi artıracağıq.
İki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün hərbi və ticarət sahələrində əməkdaşlıqlar genişləndiriləcək.
Ərdoğan əlavə edib: 6 ildir ki, regionumuz terrorizm təhlükəsi ilə üz-üzədir. Suriya və İraqdakı təhlükə bizi Türkiyədə də təhdid edir. Buna görə də, qollarımızı çırmalamalıyıq. Suriyada atəşkəsin bərqar edilməsinə çalışmalıyıq.
Türkiyə prezidenti həmçinin deyib: Tezliklə Əlbab şəhəri İŞİD terrorçularından təmizlənəcək və sonra Mənbic və Rəqqəyə gedəcəyik. Nəyin bahasına olursa olsun, İŞİD-in məhv edilməsini istəyirik.
Ərdoğan əlavə edib: Avropa Birliyi miqrant məsələsində bizə maliyyə yardımlarının edilməsi ilə bağlı vədlərinin heç birinə əməl etmədi. Biz də Türkiyənin qapılarını miqrantların üzünə bağlamayacağıq.