Fev 14, 2017 14:46 Asia/Baku
  • Felinin istefası Ağ Evə ağır zərbə idi
    Felinin istefası Ağ Evə ağır zərbə idi

ABŞ-ın yeni prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri general Maykl Felinin istefa verməsi Ağ Evə ağır zərbə sayılır.

Əl-Cəzirə informasiya kanalının Vaşinqtondakı redaksiyasının baş redaktoru Ceymz Biz general Maykl Felinin istefası barədə deyib: "Mənim qənaətimə görə, bu, Trampın hökuməti üçün son dərəcə önəmli və nigaranlıq doğuran bir xəbər idi. Çünki, milli təhlükəsizlik müşaviri ən mühüm vəzifədir. O, qapıçıdır və ABŞ prezidentini dünya barədə məlumatlandıran şəxsdir. O, Amerikanın bütün həssas orqanları o cümlədən Dövlət Departamenti, Pentaqon və ABŞ-ın bütün xüsusi xidmət orqanları ilə Ağ Ev arasında əlaqələndirici şəxsdir. Bu, 100% həssas bir vəzifədir. ABŞ prezidenti indi uzun müddət onun xarici məsələlər üzrə də müşaviri olmuş Felini itirmiş oldu. Bu, Ağ Ev üçün son dərəcə ağır zərbə idi."

Teqlər