Almaniya kansleri İsrail başçıları ilə görüşünü ləğv etdi
Almaniya kansleri İsrailin Fələstin ərazilərində sionist yaşayış massivlərinin qanuniləşdirilməsi üzrə yenin qanun layihəsi ilə bağlı nigaranlıqlardan dolayı bu rejim başçıları ilə görüşünü ləğv edib.
Döyçe Vole informasiya portalının verdiyi məlumata görə, İsrail Nazirlər Kabinetinin bir sözçüsü Almaniya kanslerinin İsrail başçıları ilə görüşünün Berlin tərəfindən ləğv edilməsi xəbərini təsdiq edərək, deyib: Bu qərar İsrailin Nazirlər Kabinetinin Fələstin ərazilərində sionist yaşayış massivlərinin salınmasını qanuni elan etməsinə etiraz olaraq qəbul edilib.
Sionist Haaretz qəzeti də Almaniya kanslerinin İsrail başçıları ilə görüşünün ləğv edilməsi xəbərini təsdiq edərək, yazıb: Almaniya rəsmiləri sionist qəsəbələrin salınması əməliyyatının qanuniləşdirilməsi haqda qərarın qəbul edilməsindən öncə bu görüşü ləğv ediblər.
İsrail Knesseti (parlamenti) ötən həftə yeni bir qanun qəbul edərək, Fələstinliləri mülkiyyət hüququndan məhrum edib və 4000 yeni mənzilin inşa edilməsini lisenziyalaşdırıb.
İsrail Knessetinin bu hərəkəti dünya ictimaiyyəti və beynəlxalq dairələrin etirazlarına səbəb olub.
Almaniyanın Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, İsrail parlamentinin bu hərəkətini tənqid edib.