CNN ABŞ-ın yeni dövlətinin Rusiya ilə bağlı müraciətlərini təzadlı adlandırıb
https://azeri.sahartv.ir/news/dünya-i259776-cnn_abŞ_ın_yeni_dövlətinin_rusiya_ilə_bağlı_müraciətlərini_təzadlı_adlandırıb
CNN ABŞ dövlətinin Rusiya ilə bağlı müraciətlərinin təzadlarla dolu olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 14, 2017 12:09 Asia/Baku
  • CNN ABŞ-ın yeni dövlətinin Rusiya ilə bağlı müraciətlərini təzadlı adlandırıb
    CNN ABŞ-ın yeni dövlətinin Rusiya ilə bağlı müraciətlərini təzadlı adlandırıb

CNN ABŞ dövlətinin Rusiya ilə bağlı müraciətlərinin təzadlarla dolu olduğunu bildirib.

CNN telekanalının müxbiri Metyo Çens Moskvadan verdiyi reportajda "Nə üçün Felin Moskva üçün uyğundur?" sualının cavabında deyib: "Heç şübhəsiz Felin Kreml sarayında əlaqələndiricilərə malikdir. Unutmaq olmaz ki, 2015-ci ilin dekabrında Felin iştirak etdiyi ziyafət mərasimində Rusiya prezidenti Vladimir Putinin kənarında əyləşmişdi. Elə buna görə də ciddi tənqidlərə məruz qalmışdı. Aydın məsələdir ki, Felin Kremlin dünya məsələləri ilə bağlı baxışlarına bir növ simpatiya bəsləyir. Donald Tramp da oxşar baxışa malikdir. Tramp seçki rəqabətləri zamanı Rusiya ilə əlaqələrdəki gərginliyi azaltmaq istədiyini demişdi. O, hətta, Krım yarımadasını Rusiyanın qanuni ərazisi olaraq tanıyacağından xəbər vermişdi. Hər halda, mövcud atmosferdən Trampın bu məsələlərlə bağlı seçki vədlərinə əməl etməsi ehtimalının nə dərəcədə çətin olduğunu anlamaq olar."