"Astana-3" müzakirələri
Suriyada sülh ilə bağlı aparılan müzakirələrin 3-cü mərhələsi bu gün Qırğızıstanın paytaxtı Astana şəhərində işə başlayıb.
Əl-Aləm kanalının verdiyi məlumata görə, Astana iclasında iştirak edən bütün heyətlər arasında ikitərəfli görüşlər artıq başlanıb və üçtərəfli görüşlərin keçiriləcəyi də gözlənilir.
Daha öncə Qazaxıstan Xarici İşlər Nazirliyinin Asiya məsələləri idarəsinin rəisi bildirmişdi ki, Astana iclasında iştirak edəcək bütün tərəflər artıq Qazaxıstandadırlar və Türkiyə müzakirələrin bu etapına daha aşağı səviyyədə qatılıb.
Bütün tərəflərin iştirakı ilə hərtərəfli müzakirələrin bu gün günortadan sonra Astanada keçirilməsi planlaşdırılıb. Daha öncə bu müzakirələrin çərşənbə günü keçirilməsi planlaşdırılmışdı. Amma, Türkiyə və suriyalı müxaliflərin iclasda iştirak etməməsinə görə, müzakirələrin bu gün keçirilməsi qərara alınıb.
Suriya böhranı ilə bağlı Astana sülh müzakirələri İran, Rusiya və Türkiyənin əməkdaşlığı ilə həyata keçirilir.